Ərdoğandan TARİXİ ÇIXIŞ
    • 14-10-2019, 18:12
    • 674

Ərdoğandan TARİXİ ÇIXIŞ "300 milyonluq böyük bir ailəyik” - VİDEO

Prezident Rəcəb Tayyip Ərdoğan Bakı keçirilən 7-ci Türk Şurasına qatılıb.

News24.az xəbər verir ki, Bakıda, işgüzar şuranın iclasında danışan R.T.Ərdoğan iki ayrı dövlət olsaq da eyni millətin övladları olduğumuzu bildirib: "Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanı Azərbaycan kimi özümüzdən ayrı görmədik, görmürük. Hamımız eyni dili danışan, eyni dinə inanan, tarixi, mədəniyyəti  bir olan 300 milyonluq böyük bir ailəyik”.

Türkiyə prezidenti Bəxtiyar Vahabzadənin “Azərbaycan-Türkiyə” şeirindən bir bəndi birlik üçün örnək göstərib: “Dinimiz bir, dilimiz bir, Ayımız bir, ilimiz bir, Eşqimiz bir, yolumuz bir, Azərbaycan-Türkiyə”.

O, İsmayıl Qaspıralının “Dildə, işdə, fikirdə birlik” şüarının həyata keçməsinin tam zamanının çatdığını vurğulayıb.

Rəcəb Tayyib Ərdoğan Azərbaycan və Türkiyə diasporlarının birgə fəaliyyətindən danışarkən deyib: “Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, "Bir millət, iki dövlətin" iki diasporu olmaz”. O iki ölkə diasporunun öhdəsindən gələ bilməyəcəyi məsələnin olmadığını bildirib.