Xəzərdə itkin düşən balıqçının axtarışları davam etdirilir - FHN-dən açıqlama
    • 14-10-2019, 18:52
    • 870

Xəzərdə itkin düşən balıqçının axtarışları davam etdirilir - FHN-dən açıqlama

Bakı şəhərinin Pirallahı rayonundan, balıq tutmaq məqsədi ilə dənizə çıxaraq itkin düşən, 1976-cı il təvəllüdlü Quliyev Vurğun Akif oğlunun axtarışları davam etdirilir.

FHN-dən News24.az-a daxil olan məlumata görə, axtarışlara nazirliyin Aviasiya Dəstəsinin bir helikopteri və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

Axtarışlar Xaçmaz rayonu sahillərindən 95 km dənizin içinə doğru və sahilboyu ərazilərdə aparılıb.

Nəticədə insan faktoru aşkar olunmayıb. Axtarış-xilasetmə işləri davam etdirilir. 

Qeyd edək ki, itkin düşən balıqçının axtarışına oktyabrın 8-dən başlanılıb. Onunla bərabər olan 3 nəfər həmin gün tapılıb xilas olunub.