Kəmalə üçün "Maşın" ƏLDƏN GETDİ
    • 15-10-2019, 00:22
    • 3 731

Kəmalə üçün "Maşın" ƏLDƏN GETDİ

"Maşın" şounun 18-ci sürətinin bitməsinə sayılı günlər qalıb.

News24.az xəbər verir ki, şounun sonuncu səsverməsinə aparıcı Kəmalə Piriyeva çıxıb. Onun getməyinə qarşı iki səs verilib. Verilişin ilk dəqiqələrində hədəf açıqlanmasa da, şounun ortalarında aparıcı rəqibini açıqlayıb. Piriyeva özünə qarşı aparıcı Lalə Mustafayevanı seçib.
Lakin sonda Kəmalə Piriyeva tamaşaçılar tərəfindən kifayət qədər səs toplamadığı üçün şounu tərk edib.
Qeyd edək ki, verilişdə final üçlüyü müəyyən olunub. Onlar müğənni Ramal İsrafilov, aparıcılar Lalə Mustafayeva və Suna Kasımoğludur.


Sevda Bayramova