-
- 15-10-2019, 15:00
- 2 013
Türk Şurası "Barış Pınarı Hərəkatı"na DƏSTƏK OLDU
Azərbaycanda Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası (Türk Şurası) prezidentlərinin 7-ci Zirvə görüşünün yekun bəyannaməsində "Barış Pınarı Hərəkatı"na dəstək verilib.
News24.az "Anadolu Ajansı"na istinadən xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin ev sahibliyi etdiyi zirvə görüşündə prezident Rəcəb Tayyib Ərdoğan, Qazaxıstanın qurucu prezidenti Nursultan Nazarbayev, Qırğızıstan prezidenti Sooronbay Jeenbekov və Özbəkistan prezidenti Şevket Mirziyoyev iştirak ediblər.
Görüşdə Macarıstan Baş naziri Viktor Orban və təşkilatın üzvü olmayan Türkmənistanın Baş nazirinin müavini Pürli Ağamuradov da iştirak ediblər.
İclasdan sonra liderlərin qəbul etdiyi bəyannamədə "Barış Pınarı Hərəkatı" ilə əlaqədar aşağıdakı ifadələr yer alıb:
"Türk Şurası, Türkiyənin "Barış Pınarı Hərəkatı"nın terrorizmlə mübarizəyə, Suriyanın ərazi bütövlüyünün təmin edilməsinə, suriyalıların terroristlərin zülmündən xilas edilməsinə və qaçqın düşmüş suriyalıların ana vətənlərinə etibarlı və könüllü geri dönüşləri üçün şərtlərin yaradılmasına dəstək olacağına ümid və inamlarını bəyan etməkdədir".