Bakıda dayanacaqda qadınların üzərinə ağac aşıb
    • 15-10-2019, 20:31
    • 788

Bakıda dayanacaqda qadınların üzərinə ağac aşıb

Bakıda irigövdəli ağacın budağı qırılaraq qadınların üzərinə aşıb.

News24.az xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonunda, "Elmlər" metrostansiyasının qarşısında yerləşən avtobus dayanacağında baş verib. 

Hadisə nəticəsində avtobus gözləyən qadın xəsarət alıb. Əraziyə təcili tibbi yardım çağırılıb. Səhiyyə nazirliyindən verilən məlumata görə, hadisə yerinə gələn Təcili Tibbi Yardım briqadası yaralıları KTM-ə çatdırıb. Yaralılardan birinə kəllə-beyin travması, digər ikisində isə onurğanın küt travması diaqnozu qoyulub. Bütün xəstələrə tibbi yardım göstərilib. Onların bir neçə saata ambulator müalicə üçün evə buraxılacağı gözlənilir.