Angela Merkel Türkiyəyə səsləndi:
    • 16-10-2019, 11:21
    • 663

Angela Merkel Türkiyəyə səsləndi: "Əməliyyat sona çatmalıdır"

Almaniya Baş naziri Angela Merkel, Türkiyənin Suriyada həyata keçirdiyi "Barış Pınarı Hərəkatı"nın terror təşkilatı DEAŞ'a qarşı həyata keçirilən mübarizəyə zərər verdiyini bildirərək, əməliyyatın sona çatdırılması üçün çağırış edib.

News24.az "Hürriyet"ə istinadən xəbər verir ki, A.Merkel açıqlamasında "Əməliyyat sona çatmalıdır, çünki insanların ağrısını nəzərəçarpacaq dərəcədə artırır və eyni zamanda DAEŞ-ə qarşı müharibə ilə bağlı qeyri-müəyyənlik yaradır" deyib.

Merkelin görüşdüyü Norveç baş naziri Erna Solberq isə mövzuya bağlı Norveçin Türkiyəyə silah qadağanı gətirməsinə baxmayaraq, "Türkiyənin NATO-da qalmasının daha yaxşı olduğunu düşünürəm" deyə bildirib.