Ərdoğan "Barış Pınarı Hərəkatı"nı dayandırmaq üçün ŞƏRTLƏRİNİ AÇIQLADI - VİDEO
    • 16-10-2019, 14:55
    • 605

Ərdoğan "Barış Pınarı Hərəkatı"nı dayandırmaq üçün ŞƏRTLƏRİNİ AÇIQLADI - VİDEO

“Əgər ki, terror təşkilatı ilə bu qədər yaxınsınız,  terroristləri qorumaq üçünTürkiyənin müttəfiqliyini heçə sayırsınız, sizin üçün  təklifimiz var. Biz, sizin kimi deyilik. Öldürmək yox, diri tutmağa çalışırıq. Bunun üçün təklifimiz Suriyadakı problemi həll etməyin ən qısa yoludur. Bütün terrorçular silahlarını buraxıb, bu gecə təyin olunmuş təhlükəsiz zonadan çıxsınlar.Bundan sonra bizim əməliyyatımız bitəcək. Əsl narahatlığı bölgə xalqına zərər verməmək olan hər kəs bu təklifə müsbət cavab verməlidir".

News24.az xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Barış Pınarı Hərəkatı"nın dayandırılması ilə bağlı bir çox ölkələrin fikrinə münasibət bildirərkən deyib: "Münbiçdən İraqa qədər 30-35 kilometrlik əraziyə nəzarəti ələ keçirdiyimiz zaman əməliyyat başa çatacaq.
Bizə ölkələrinə girməyi qadağan edənlər yaxşı düşünməlidirlər. Türkiyə kimi bir dövlətə siz bunu deyəcəksiniz. Bizə nə düşür, uğurlar diləmək.
Koalisiya qüvvələrini Suriyaya kimin dəvət etdiyini bilmirəm. Rejim deyil, ancaq bilirəm ki, rejim Rusiyanı dəvət edib.

Bu əməliyyatı NATO-nun 5-ci maddəsi və Adana razılaşması səbəbindən həyata keçiririk. Birlikdə olduğumuzdan sonra heç kim bizi yıxa bilməz”.