Tramp Ərdoğana sərt məktub yazdı:
    • 17-10-2019, 09:21
    • 945

Tramp Ərdoğana sərt məktub yazdı: "Axmaqlıq etmə!" - FOTO

ABŞ prezidenti Donald Tramp Türkiyənin Suriyada “Barış Pınarı Hərəkatı”nı başlatdığı gün həmkarı Rəcəb Tayyib Ərdoğana yazdığı məktub ortaya çıxıb.

News24.az BBC-yə istinadən xəbər verir ki, məktəb əvvəlcə “Fox News” müxbirinin “Twitter”-də paylaşılıb, sonradan isə Ağ Ev tərəfindən təsdiqlənib.

“New York Times” qəzeti isə Trampın dünən Suriya haqqında Konqres liderləri ilə etdiyi yığıncaqda Türkiyənin hərbi əməliyyatına razılıq vermədiyini sübut etmək üçün Ərdoğana sərt  məktub yazdığını deyib.

Daha sonra D.Tramp, məktubun surətlərinin paylanmasını istəyib.

Sözügedən məktubda bunlar qeyd olunub: “Əgər bu işi düzgün və insani şəkildə etsəniz, tarix də sizi yaddaşlara həkk edər. Yaxşı hadisələr baş verməzsə, sizi hər zaman şeytan olaraq görəcəklər. Özünü sərt adam kimi göstərmə. Axmaqlıq etmə! Sənə daha sonra zəng edəcəyəm”.