Azərbaycanda müəllimlərlə bağlı YENİLİK
    • 17-10-2019, 14:34
    • 1 193

Azərbaycanda müəllimlərlə bağlı YENİLİK

"2020-ci ildən etibarən mərhələli şəkildə müəllimlərin sertifikasiyasına başlanılacaq".

News24.az-ın xəbərinə görə, bunu Təhsil naziri Ceyhun Bayramov Yeni Azərbaycan Partiyasında keçirilən mətbuat konfransında deyib.

Nazirin sözlərinə görə, "Təhsil haqqında" qanunda edilən dəyişikliyə əsasən, məktəblərdə fəailiyyət göstərən müəllimlərin sertifikasiyasının 5 ildən bir keçirilməsi müddəası nəzərdə tutulub: "Sertifikasiya prosesinə başlanması üçün həmin müddəalara uyğun hökumət tərəfindən normativ sertifikasiyanın prinsip və ardıcılıqla keçirilməsi, qiymətləndirilməsi və bir sıra məsələlər üzərində sənəd təsdiq edilməlidir. Bundan sonra müəllimlərin sertifikasiyası keçirilə bilər".

Afaq Mirayiq