-
- 17-10-2019, 14:34
- 809
DİN keçmiş arvadını və qayınanasını öldürərək yandıran şəxslə bağlı MƏLUMAT YAYDI
Daxili İşlər Nazirliyi (DİN) Bakıda keçmiş arvadını və qayınanasını öldürərək yandıran şəxslə bağlı məlumat yayıb.
DİN-in Mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, oktyabrın 16-da Binəqədi rayonu ərazisində Təranə İsmayılovanın yaşadığı evə gələn keçmiş əri, əvvəllər məhkum olunmuş V.Hüseynov münaqişə zəminində onu və orada olan bibisi Luiza İsmayılovanı bıçaqla qətlə yetirib, evi isə yandırıb.
V.Hüseynov sonra "Azadlıq" prospektində özünü avtobusun altına atıb. Polis əməkdaşlarının nəzarəti altında V.Hüseynov xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Binəqədi rayon prokurorluğu tərəfindən araşdırma aparılır.