-
- 17-10-2019, 14:35
- 1 211
Azərbaycanda parkda 17 yaşlı tələbənin başına oyun açdılar
Keçən ilin oktyabrında İsmayıllı rayonunda 17 yaşlı tələbəyə qarşı quldurluq etmiş və Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə məhkum edilən Faxtiyev İmran Rəhim oğlu Ali Məhkəməyə müraciət edib.
News24.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1-ci, yəni quldurluq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə maddəsi ilə təqsirləndirilərək məhkum edilən İ. Faxtiyev Ali Məhkəmədən işin yenidən araşdırılmasını və barəsindəki hökmün dəyişdirilməsini xahiş edib.
İşə hakim Hafiz Nəsibovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, ötən ilin oktyabr ayında İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin 1-ci kurs tələbəsi – 17 yaşlı Mirzəliyev Amil Ramil oğlu şəhərin mərkəzindəki parkda iki nəfərin hücumuna məruz qalıb. Belə ki, iki nəfər gənc onun üstünə bıçaq çəkərək qolbağını, telefonunu, üzərindəki pulları və qol saatını verməsini tələb edib. Füzuli rayonunun Bala Bəhmənli kəndindən olan və İsmayıllıda kirayə yaşayan tələbə dərhal polisə müraciət edib. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən İsmayıllı şəhər sakini, İsmayıllı Peşə Tədris Mərkəzinin tələbəsi, 1996-cı il təvəllüdlü Kaxarmanov Eldəniz Orman oğlu ilə 1996-cı il təvəllüdlü Faxtiyev İmran Rəhim oğlu tutulub. Onlardan hadisə vaxtı istifadə etdikləri soyuq silah götürülüb.