-
- 12-03-2020, 15:00
- 1 145
Azərbaycanda gənc qızı oğurlayan qrup üzvündən MÜRACİƏT
Bir müddət əvvəl gənc qızın qaçırılması hadisəsinə görə tutularaq məsuliyyətə cəlb edilən qrup üzvlərindən biri Ali Məhkəməyə müraciət edib.
News24.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144.2.3-cü, yəni, adam oğurluğu - bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar təşkilat tərəfindən törədildikdə maddəsi ilə ittiham edilərək məhkum edilmiş Süleymanov Taleh Azad oğlu Ali Məhkəmədən onun barəsindəki işin yenidən araşdırılmasını və barəsindəki hökmün dəyişdirilməsini xahiş edib. Müraciətə hakim Fərhad Kərimovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, T.Süleymanov Ə.Osmanlını oğurlayan qrup üzvlərindən olub.