Azərbaycanda ŞOK HADİSƏ – 2 kişi gecə tənha yaşayan qadının evinə girdi və...
    • 24-07-2019, 13:19
    • 1 334

Azərbaycanda ŞOK HADİSƏ – 2 kişi gecə tənha yaşayan qadının evinə girdi və...

Xaçmaz rayonunda quldurluq etdiyinə görə həbs edilmiş və Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən məhkum edilən şəxs Ali Məhkəməyə kasasiya şikayəti verib.

News24.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin181.2.1-ci, yəni, quldurluq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə maddəsi ilə təqsirli bilinərək əhkum edilmiş Cavadov Taleh Ramiz oğlu Ali Məhkəmədən işin yenidən araşdırılmasını və barəsindəki hökmün dəyişdirilməsini xahiş edib. İş hakim Şahin Yusifovun icraatına verilib.
Qeyd edək ki, quldurluq hadisəsini rayon sakinləri Sadıqov Vüqar Cəlal oğlu və Cavadov Taleh Ramiz oğlu birlikdə törədiblər. Onlar maskalanmış şəkildə Xaçmaz rayon Hülövlü kənd sakini Qasımova Məsumə Məmməd qızının evinə girərək əmlakını ələ keçirməyəyə cəhd ediblər. Qadının boğazına dəmir parçasını dirəyərək ondan pul tələb edən şəxslər evdə pul olmadığına əmin olduqdan sonra Məsumə Qasımovaya məxsus telefonu götürərək hadisə yerindən uzaqlaşıblar.