Brexit üzrə razılaşma - ƏLDƏ OLUNDU

Brexit üzrə razılaşma - ƏLDƏ OLUNDU Dünya
Avropa İttifaqı və İngiltərə yeni Brexit sazişi ilə bağlı razılaşma əldə edib.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki,  Britaniyanın Baş naziri Boris Conson razılığın əldə olunmasını təsdiq edib. Bu barədə  "Twitter"-də Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker bildirib: "İradə olduqda, razılaşma da olur - Bu da bizdə var!"

Yuncker, müqavilənin ədalətli və balanslı olduğunu qeyd edib: "Zirvəyə bu ısazişi qəbul etməyi tövsiyə edirəm".

İngiltərə hökumətinin başçısı Boris Conson "Twitter"-də "Müqavilə oktyabrın 19-da Britaniya parlamenti tərəfindən təsdiqlənməli və ya rədd edilməlidir". 

B.Conson razılaşmanı gözəl adlandırıb və həmçinin qeyd edib ki, bunun sayəsində ölkə "daha çox azadlıq əldə edəcək".