Şirvanda mikroavtobus minik avtomobillə TOQQUŞDU - 1 YARALI
    • 17-10-2019, 17:34
    • 852

Şirvanda mikroavtobus minik avtomobillə TOQQUŞDU - 1 YARALI

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Şirvan şəhərində “ВАЗ” markalı minik avtomobili ilə “Mercedes” markalı mikroavtobus toqquşub.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilənməlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri “VAZ” markalı minik avtomobilində müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.