Ağcabədidə yük maşını ilə minik maşını toqquşdu - ÖLƏN VAR
    • 18-02-2020, 10:28
    • 799

Ağcabədidə yük maşını ilə minik maşını toqquşdu - ÖLƏN VAR

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Ağcabədi rayonunun Qaravəlli kəndində “Mercedes” markalı minik avtomobili və “КамАЗ” markalı yük avtomobili toqquşub.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Qarabağ Regional Mərkəzinin xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan 1977-ci il təvəllüdlü Qardaşxanov Rövşən İsa oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.