-
- 17-10-2019, 21:40
- 1 378
Səbinə Babayeva təcavüz edildi - TƏFƏRRÜAT
Ağdaş rayonunda yetkinlik yaşına çatmayan qıza təcavüz etməkdə təqsirli bilinən şəxsə cinayət işi açılıb.
News24.az xəbər verir ki, Ağdaş rayon sakini Vüsal Əyyublunun barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.
İttihama görə, Vüsal Əyyublu rayon ərazisində 15 yaşlı Səbinə Babayeva ilə cinsi əlaqədə olub. Daha sonra o, 15 yaşlı qıza qarşı digər seksual xarakterli hərəkətlər edib.
Qızın valideynlərinin şikayəti əsasında Vüsal Əyyublu həbs edilib. Onun barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb. İş materialı baxılması üçün Ağdaş rayon Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Famil Nəsibovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası oktyabrın 22-nə təyin edilib. Cinayət işi qapalı məhkəmə iclasında araşdırılması gözlənilir.
Qeyd edək ki, Vüsal Əyyublunun törətmiş olduğu cinayət əməli məhkəmə tərəfindən sübuta yetirilsə, onu 3 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir.