Azərbaycanda azyaşlı qızla cinsi əlaqəyə girən şəxs TUTULDU
    • 13-12-2019, 09:47
    • 1 444

Azərbaycanda azyaşlı qızla cinsi əlaqəyə girən şəxs TUTULDU

Ağdaş rayonunda yetkinlik yaşına çatmayan qızla cinsi əlaqəyə girmiş şəxs barəsində cinayət işi açılıb.

News24.az-ın məlumatına görə, Ağdaş Rayon Polis İdarəsində rayon sakini R.Məmmədəliyev barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.1-ci, yəni, 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə maddəsi ilə cinayət işi açılıb. İş üzrə azyaşlı A.Mütəllimova zərərçəkmiş şəxs qismində tanınıb. Artıq iş üzrə ibtidai istintaq yekunlaşıb və cinayət işinin materialları Ağdaş Rayon Məhkəməsinə göndərilib. İşə hakim Famil Nəsibovun sədrliyi ilə baxılacaq.