-
- 18-10-2019, 11:40
- 1 931
“AzTV-nin pilləkənlərində böyümüşəm, indisə məni ora buraxmırlar”- İZZƏT BAĞIROV - VİDEO
Çoxdandır mediadan gen gəzir. Çıxışlarının da sırası seyrəlib. Düşündük, müğənni ya musiqiylə vidalaşıb, ya da sənətinin səmtini dəyişib.
Heç biri deyilmiş... Demə, müğənni yeni mahnı da yazdırıb, klip də çəkdirib. Hələ təzə film üzərində də çalışır.
Elə News24.az-a müsahibəsində də, ilk olaraq bunlardan danışdı:
- Yeniliklər çoxdur. Sonuncu mahnım “Bir şirin öpüş” adlanırdı. Daha sonra isə filmim işıq üzü gördü. “Ümidlər puç olanda” adlı ekran əsərinin ssenari müəllifi, həmçinin də, baş rol ifaçısı özüm idim, rejissoru isə Samir Qulamov idi. Bu yaxınlarda daha bir yeni film üzərində çalışmağa başlayacayıq. Filmi Faiq Kərimoğlu çəkəcək. Ümumiyyətlə mən, aktyor olanda indiki aktyorlar sənətdə deyildilər. Çünki mən, İncəsənət Universitetinin aktyorluq fakultəsini bitirmişəm.
- Vaxtilə müğənni kimi məşhur olan, hazırda isə kino sahəsində çalışan Mahsun Kırmızıgül tamamilə musiqi ilə vidalaşdı. Sizin necə, belə bir fikriniz varmı?
- Bilmək olmaz hələ. Bəlkə Mahsun yenidən musiqiyə qayıtdı. Əslində atdığı addım, getdiyi yol düzgün deyil. Çünki Mahsun müğənni kimi bütün dünyada tanınırdı. Avropanın bir çox ölkələrində konsertə gedəndə görürdüm ki, hər yerdə onun afişaları var. Gərək musiqi karyerasını bitirməzdi. Düzdür, onun filmlərini çox bəyənirəm. Olduqça güclü və maraqlı ideyaları var, oynamağı da, çox yaxşıdır. Filmlərində sosial problemləri önə çəkir, ona görə də, uğur qazanır. Sadəcə, Mahsun kimi bir çox məşhur müğənnilərin albomlarının satışında azalmalar oldu. Ona görə də, indi Türkiyə şou-biznesində maraqlı heç nə yoxdur. Yəni mən Mahsun kimi etməzdim. Ya, birdəfəlik sənətdən getməlisən, ya da ki, eyni vaxtda hər iki işi eləməlisən...
- Deyirsiniz, eyni vaxtda hər iki işi görmək olar. Amma sizə elə gəlmirmi ki, biri o birinə mane olur?
- Mən ATV-də 4 il aparıcı kimi çalışmışam. Amma eyni vaxtda ildə 3- 4 yeni klip çəkdirib təhfil verirdim. Çünki o zaman kliplər hamıya maraqlıydı. İndi isə elə deyil. İldə 1 klip çəkirsən, vəssalam. Şou-biznesdə bəlkə də, ən çox klip məndə var. Təxminən 74 klip çəkdirmişəm. Daha sonra ildə iki dəfə konsert verirdim. Birini 31 dekabrda, o birini də martın 8-də. Hətta yadımdadır, Faiq Ağayevlə konsertlərimiz üst-üstə düşərdü. O, Heydər Əliyev Sarayında, mən isə Şəhriyar Mədəniyyət evində çıxış edərdik. Amma heç vaxt bir-birimizə mane olmurduq. Çünki hər kəsin öz dinləyicisi var. Camaat gəlirdi, kassadan bilet alırdı, hər kəsə maraqlı idi. Amma indi konsert vermək istəyən də, bunu edə bilmir. Çünki xərci çoxdur. Məsələn mən sonuncu Yaşıl Teatrda olan konsertimə 60.000 manat xərclədim. Amma konsertdən o pulu çıxarmırsan axı... Təkçə səhnənin qurulmasına 20.000 xərcləndi. Əvvəllər xüsusi səhnə qurulmurdu. Elə, təkcə ışıqlarla “İzzət” yazılırdı, vəssalam. Çünki tamaşaçılar ancaq mahnılarını dinləməyə, özümü görməyə gəlirdilər. İndi isə tamaşaçılar xüsusi performans gözləyirlər. Təlabat, istək bunadır. Sonuncu konsertimdə 6 gün səhnə quraşdırıldı. 240 skaner qoyulmuşdu. Çünki Yaşıl Teatrın səhnəsi bom-boşdu, onu doldurmaq lazımdır. Bütün bu, işləri görmək pul tələb edir. Gərək, biletin qiymətini yüksək qoyasan ki, konsertdən gəlirin olsun. Onda da, tamaşaçı gəlməyəcək.
- Yəqin buna görə də, bəzi müğənnilər konsert üçün küllü - miqdarda borca girirlər...
- Düzdür, belə eləyənlər var. Amma şükür ki, mən heç bir konsertimdən ziyanla çıxmamışam, çünki zal həmişə dolu olub. Düzdür, sonuncu konsertim üçün küllü miqdarda pul xərcləndi, amma əvvəlkilərə elə çox pul sərf eləməmişəm. Zalın icarəsinin və musiqiçilərin pulu ödənilib. Bundan başqa konsertin yayım hüququ üçün bir televiziya ilə danışılıb və ona da, pul ayırılıb. Amma indi zalların icarəsi, bannerlərin qiyməti həddən artıq bahadır. Məsələ 3-5 manatla həll olunmur. O məbləği xaricilər üçün eləsinlər. Amma özümüzünkülərə niyə bu qədər baha verirlər?! Yerli ilə gəlmənin arasında fərq olmalıdır axı...
- Sizi həm də İbrahim Tatlısəsin pərəstişkarı kimi tanıyırlar. Hətta çoxları deyirdi ki, özünü İbrahimə oxşadır...
- Elə indi də onun fanatıyam. Ziyarətinə getməmişəm, amma bunu istəyirəm. İndi əlaqələrimiz yoxdur. İbrahim Tatlısəslə iki - üç dəfə görüşmüşəm. Birinci dəfə Bakida “Elit” Ticarət Mərkəzinin açılışına gələndə görüşdük. Düzdür, ordakı konsertə getmədim. Çünki fikirləşdim basırıq olacaq, rahat görüşə bilməyəcəm. Amma onu görmək üçün ürəyim partlayırdı. Həmin gün axşam dostlarımla oturub çay içirdim, birdən telefonuma zəng gəldi. Tanınmış iş adamlarımızdan biri idi. Dedi, hardasansa, tez dur bura gəl. Olduğu yerin ünvanını da verdi. Getdim, restoranların birinə çağırmışdı. Kabinetə girəndə şoka düşdüm. Gördüm İbrahim Tatlısəslə bir yerdə oturublar. Məni tanış elədi, dedi, bax, bu da bizim Tatlısəsimizdir. Yaxından tanış olduq, bir yerdə oxuduq, şəkillər çəkdirdik. İbrahim Tatlısəsi hər gün düşünürəm, ağlımdan çıxmır. Heyf ondan. O cür səs, şəxsiyyət... İndi oğlu oxuyur, amma baxırsan ki, aralarında yerlə-göy qədər fərq var. Yəni o, İbrahim deyil.
- “Yar aman yar”la yaradıcılığınızda yeni səhifə açdınız. Amma davamı gəlmədi. Buna görə də çoxları sənətinizi bitirdiyinizi düşündü...
- O, ifa rok janrında olduğuna görə yaradıcılığımda fərqlilik yaratdı. Ondan sonra o cür mahnı yazılmadı. Gərək yazsınlar ki, oxuyum da... “Yar aman yar” lirik janrında idi. Onun yolunu aylarla gözləmişəm. Axırda Gövhər (bəstəkar Gövhər Həsənzadə-red.) mənə dedi ki, “Mahnı hazır olmağına hazırdır, amma onu çətin sən oxuyasan. Eşidən kimi geri qaytaracaqsan. Deyəcəksən, bunu niyə bu günə qoymusan?!”. Getdim studiyaya. İçəri girəndə Gövhər dedi ki, “qoy mən çölə çıxım, yoxsa məni söyəcəksən”... (gülür) Çıxmağa qoymadım. İlk saniyələrdən mahnını bəyəndim. Dedim elə indi yazaq bunu. Gövhər mat-məəttəl qalmışdı. Dedi, neçə vaxtdır mahnını səndən gizlədirdim, bilsəydim, çoxdan verərdim. Onu başa saldım ki, bu mahnı şedevrdir, hamı sevəcək. Dediyim kim də oldu. Mahnı elə populyarlaşdı ki, toya gedirdim, camaat məndən “Yar aman yar”ı istəyirdi. Təsəvvür edin, kostyumda rok oxuyurdum. Bir məclisdə 3-4 dəfə o mahnını sifariş edirdilər. Toy sahibləri deyirdilər ki, eybi yoxdur, fonoqram da, olsa, oxu, təki həmin mahnı bizim toy diskimizdə olsun. Onun klipi də uğurlu alındı. Fevralın 23-də çəkiliş elədik. Çəkilişdən qabaqkı gecə dəhşətli dərəcədə şaxta vardı, qar yağırdı. Biz də onu 37 –ci mərtəbənin damında lentə alacaqdıq. Fikirləşdim ki, səhər soyuqdan öləcəyik. Səhər oyandım ki, çöldə 21 dərəcə isti var, gün çıxıb. Axşama qədər rahat çəkiliş elədik. Yəni o mahnının hər işi uğurlu oldu.
- Deyəsən, o illərin xiffətini çəkirsiz?
- Çox. Gələn il səhnəyə gəlişimin 30 ili tamam olur. İlk addımlarımı AzTV-də atmışam. Baxmayaraq ki, son illər mənim orada görünməyimi yasaqlayıblar. Yəqin ki, tapşırıq verilib. Kimlərsə məni orda görmək istəmir. Orda çalışanlar olmadığı vaxtlarda mən o televiziyada oxuyurdum. Mən AzTV-nin piləkənlərində böyümüşəm. Orda indi veriliş aparanların əksəriyyəti dostlarımdır. Qıraqda mənimlə öpüşüb - görüşürlər, amma efirə dəvət etmirlər. Niyə? Səbibi mənə də maraqlıdır. AzTV dövlətə aid telekanaldır. Orda oxumaq hər bir peşəkar müğənninin haqqıdır.
-Sizinlə eyni dövrdə tanınan sənətçilərin çoxu fəxri ad alıb. Sizin necə, ad almaq ürəyinizdən keçir?
- Nəinki mənimlə eyni vaxtda, hətta məndən 10-15 il sonra səhnəyə çıxanlara ad veriblər. Yəqin mən hələ qəbul olunmuş müğənnilərinin sırasında deyiləm...
- Son zamanlar gənc bəstəkarlarla çalışırsınız...
- Hə, yalnız istedadlılarla. Məsələn, o gün bir uşaq mənə zəng edib, mahnı təklif elədi. Sual verdim ki, ay bala, neçə yaşın var? Dedi 20 yaşım var, özüm də bəstəkaram. Dəhşətə gəlirəm, sən bəstəkarsansa onda Qara Qarayev, Üzeyir Hacıbəyli kimdir? Demə bəstəkaram, denən ki, ordan-burdan bir mahnı düzüb-qoşub, oğurlamışam. Nə qədər eyni sözləri oxuyasan?! “Sevirəm”, “ölürəm”, “günəş çıxdı” . Bir az yaradıcı olmaq lazımdır. Söz müğənniyə təsir etməlidir. Onsuz da son vaxtlar yazılan mahnıların ömrü uzu deyil. Gövhər Həsənzadə iki dəfə mənə mahnı verib, onların da, ancaq 800-1200 manata qədər oranjemanların pulunu vermişəm. Heç vaxt 5-10 min manat verib, mahnı almamışam.
- Səhnəyə həmişə klassik geyimdə çıxmısız. Amma nədənsə geyiminizdə dəyişiklik olan kimi tənqid olunursunuz...
- Bu yaxınlarda panter parçalı bir köynək geyinmişdim, başladılar yazmağa, tənqid hətta təhqir elədilər. Onun özü də klassik köynək idi. Mən geyimimi yaxşı bilirəm. Bir çoxları geyinməyi məndən öyrəniblər. Sosial şəbəkədə yazanlara cavab vermirəm, dərhal bloka atıram. Onların rəylərini oxuyanda, gülməyim gəlir. Yazanlar da çox vaxt uşaq-muşaq olur. Baxmayaraq ki, yaşda məndən çox kiçikdilər, amma nöqsan axtarırlar. Eləsini bloka atıram, ona başa salıram ki, burda olma, sənin məsləhətinə ehtiyacım yoxdur.
- Sizə qabaqlar “vorotnik İzzət” deyirdilər. Səhnəyə başqa nə gətirmisiz?
- Onu elə indi də, elə deyirlər. Səhnəyə təzə çıxan zamanlarda hündür vorotnikli köynəklər geyinirdim. Mən onları dəbə saldım. Sonramüğənnilərin çoxu elə köynəklər geyinməyi başladı. Hətta mağazaların sahibləri harda məni görürdülər, deyirdilər ki, “Allah səndən razı olsun. Köynəklərimizin hamısı satıldı-getdi. Gələn-gedən deyir, İzzətin köynəyindən ver”. Türk mahnılarını, saqqalı, mikrafonu atıb-tutmağı səhnəyə mən gətirmişəm. Yadıma gəlir ki, AzTV-də yeni il şənliyi çəkildirdi. O vaxt musiqili verilişlərinin baş redaktoru Mübariz Tağıyev idi. O, çəkiliş vaxtı məni məcbur elədi ki, saqqalımı qırxım.
- Sənət adamlarının əksəriyyətinin biznesi var. Sizin necə?
- Xeyr. Heç vaxt da, olmayıb. Çünki o iş mənə görə deyil. Çayxana, mağaza açsaydım heç kim gəlməzdi. Hətta dost-tanışlarım mənə dəstək olmazdılar, mal almazdılar. İzzətə niyə xeyir versinlər ki?!
- Bu yaxınlarda oğlunuzla efirdə göründünüz. Ümumiyyətlə, övladlarınız səhnəyə meyillidirlər?
- Böyük oğlum Əlinin 10 yaşı var, oxumağa çox həvəslidir. O biri ikisi əkizdilər, 8 yaşları var. Mehdi idmana həvəslidir, Rza isə yaxşı oxumağı xoşlayır. Əli mənimlə hər yerə gedir. Bu yaxında onun üçün bir mahnı yazdırdım, oxuyacaq. Əslində bu sahədə olmasını istəmərəm amma həvəs haradırsa gərək onu incitmədən, qırmadan dəstəkləyəsən.
- Qızınız olsaydı, onun oxumasına icazə verərdiniz, yoxsa Nazpəri Dostəliyeva kimi “səhnəni ona yasaqlayardım” deyərdiniz?
- Yəqin ki, mən də o cür düşünərdim. Hər yerə ancaq özüm aparıb-gətirərdim. Başqa heç kimə etibar etməzdim.
Söhbətləşdi: Sevda Bayramova
Foto-Video: Fərid Şabanov