Bakıda bir günlük körpəni küçəyə atdılar- VƏZİYYƏTİ AĞIRDIR
    • 18-10-2019, 12:17
    • 1 204

Bakıda bir günlük körpəni küçəyə atdılar- VƏZİYYƏTİ AĞIRDIR

Səhiyyə Nazirliyi Bakının Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində küçəyə atılan körpənin durumu ilə bağlı məlumat yayıb.

Nazirlikdən News24.az-a verilən məlumata görə, küçəyə atılan bir günlük oğlan uşağı hipotermik vəziyyətdə (34 dərəcə istiliklə) Pediatriya İnstitutuna gətirilib: "Uşağın vəziyyəti ağır olub, qanı təmizlənib və bütün tibbi yardımlar göstərilib. Hazırda vəziyyəti ağır kimi qiymətləndirilir. Hadisə barədə hüquq-mühafizə orqanları məlumatlandırılıb", nazirlikdən bildirilib.