Bakıda taksi sürücüsünü döyüb pulunu alanlar saxlanıldı
    • 19-10-2019, 20:49
    • 772

Bakıda taksi sürücüsünü döyüb pulunu alanlar saxlanıldı

Bakıda taksi sürücüsünü döyərək ona qarşı soyğunçuluq edən şəxslərdən biri saxlanılıb.
Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən News24.az -a verilən məlumata görə, Qazax rayon sakini A.Bağırov Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə müraciət edib.
Hadisə oktyabrın 17-də saat 19 radələrində baş verib. A.Bağırovun idarə etdiyi "Opel" markalı avtomobilə sərnişin qismində minən 2 nəfərin onu döyərək 88 manat pulunu və mobil telefonunu aparıb.
Keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinənlərdən Gəncə şəhər sakini S.Ələkbərov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb, digər şəxs isə müəyyən edilib.
Xətai RPİ tərəfindən araşdırma aparılır.