Qadının bankdan pulunu OĞURLADILAR
    • 6-05-2019, 12:25
    • 836

Qadının bankdan pulunu OĞURLADILAR

Ağdaş Rayon Polis Şöbəsinə müraciət edən Ərəb kənd sakini olan qadın mayın 1-də bank hesabından 225 manat pulunun çıxarılaraq oğurlandığını bildirib.

DİN mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən şəhər sakini Mahir İsmayılov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb. 

Araşdırma aparılır.