-
- 21-10-2019, 17:44
- 1 133
“Hər dəqiqəmiz risklidir, it belə bu şəraitdə yaşamaz”- CANA DOYAN YATAQXANA SAKİNLƏRİNDƏN ETİRAZ - FOTO- VİDEO
“Artıq hər dəqiqəmiz risklidir, naqillər açıq vəziyyətdə, hər yer nəmişlikdir. 33 ildir dözürük, bu yataqxanada yaşamaq artıq mümükün deyil, it də bu şəraitdə yaşamaz, biz dözürük”.
Bu sözləri Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən “Bakqazmaş” zavodunun yataqxanasının sakinləri News24.az-a şikayətlərində bildiriblər.
Yataqxana sakini Elnarə Hüseynovanın (ad şərtidir) sözlərinə görə, 15 ildir ildir ki, yataqxanaya qaz verilmir. “Fövqəladə Hallar Nazirliyindən gəlib baxdılar, dedilər ki, bina yararsızdı, qaz çəkmək olmaz. Sayğac yerləşdirilib, hər şeydə elektrikdən istifadə edirik, işığın pulunu da ödəyə bilmirik".
Elnarənin sözlərinə görə, FHN, Bakı Şəhər İcra Hakimiyyəti və digər qurumlar tərəfindən binaya baxış keçirilib: “Bilmirik hara şikayət edək. Kimə demişiksə də, gəlib baxıblar, nəticəso olmayıb. Həyatımız təhlükədədir. Burda 50-60 ailə yaşayırıq. 5 mərtəbəli yataqxanadır. Atam da, anam da zavodda işləyiblər. Artıq 33 ildir ki, burada yaşayırıq. Hər dəqiqəmiz riskdir, naqillər açıq vəziyyətdə, hər yer nəmişlikdir”.
Şikayətçi onu da əlavə edib ki, yataqxanada qaçqınlar və məcburi köçkünlər də məskunlaşıb: "Binanın hər yeri uçuq-sökük vəziyyətdədir. Dəhliz də hər an başımıza uça bilər. Hər mərtəbədə bir ümumi hamam var, hamısı bərbad vəziyyətdədir”.
Qeyd edək ki, məsələyə aidiyyatı olan qurum 1 saylı Xüsusi Təyinat Mənzil Kommunal Təsərrüfat Birliyinin sədri Emin Talıbovla bir neçə gün ərzində əlaqə saxlamağa cəhd etsək də, danışa bilmədik. News24.az olaraq əks tərəfin mövqeyini də yayımlamağa hazırıq.
Afaq Mirayiq