-
- 24-08-2018, 12:23
- 2 015
Sərxan Kərəmoğlu səhhətindən reklam üçün istifadə edir?
Xəbər verdiyimiz kimi, aparıcı Sərxan Kərəmoğlu xəstəxanaya yerləşdirilib. Deyilənlərə görə aparıcı səhhətindən reklam üçün istifadə edir.
Məsələ isə bağlı kiçik araşdırma apardıq. "EGE Hospital" ilə əlaqə saxladıq. Klinikanın sözçüsü xəstəxanada müalicə olunan xəstələrlə bağlı açıqlama vermədiklərini bildirib.
Həmçinin o da məlum oldu ki, S.Kərəmoğlunu xəstəxanada ziyarət edənlər arasında canlı efirdə tənqid etdiyi Mətanət Əliverdiyeva da olub. News24.az-a danışan M.Əliverdiyeva bunları deyib:
"Bəli, Sərxan "EGE Hospital"da olanda yayına getmişəm. Mən hər zaman dar günün dostuyam. İnsan xəstəxanaya düşdüsə, mütləq ona baş çəkirəm. Orada olan da gördüm ki, həkimlər onun kardiqrammasın çıxarır".
Aparıcı həmkarının onu canlı efirdə tənqid etməsinə də münasibət bildirib:
"Mən öz addımlarıma cavabdehəm. Allah hamıya kömək olsun".
Qeyd edək ki, prodüser Tarix Əliyev ötən gün News24.az-ın instagram səhifəsindəki Səxan Kərəmoğlunun xəstəxanaya yerləşdirilməsi paylaşımına "Ay Allah bu nə yalançı reklamdır. Dünən oğlu mənə yığıb ki, "Atam pisdir. "EGE Hospital"dadır. Türk həkim EKQ etdi və dedi ki, heç bir şeyi yoxdur. Yalnız bir az panikadadır".
Sərxan öz ayağı ilə gedib ora və orada da qalmaq istəyib. Gördü ki, "EGE" hospitalda bunun nağılı keçmir, mənə zəng edərək evə getdiyini, səhər canlı efirinin olduğunu bildirdi.
İndi hansı klinikadadır o? Adını deyin. Kül o klinikanın başına ki, reklam üçün bunu edir. Oğlu özü dünən Mətanət əliverdiyevanı yığıb "EGE Hospital"a çağırıb. Bunlar ailəlikcə aktyordurlar. Mətanət qaldı kənarda" şərhini yazıb.
Sərxan Kərəmoğlu isə məsələyə bu cür aydınlıq gətirib:
"Kim bunu şou kimi düşünür Allah böyükdür. Mən 4 ildir əziyyət çəkirəm. May ayından isə ara-sıra panik atak oluram. Son günlər isə nəfəs alma problemim başlayıb. Narahat kimi olanlara deyirəm ki, imkan verin sağalım".
Teymur Məmmədov