-
- 19-02-2019, 15:28
- 1 376
Sərxanla Mətanət arasında məhkəmə olacaqmı? - AÇIQLAMA
Sərxan Kərəmoğlu müğənni Mətanət Əsədova ilə barışmasından danışıb.
News24.az-a açıqlama verən S.Kərəmoğlu ifaçı ilə arasında məhkəmə olmayacağını açıqlayıb:
“Fevralın 28-də Mətanətlə məhkəmə prosesimiz olmalı idi. Amma anladığınız kimi, məhkəmə olmayacaq. Dünən Manaf Ağayev barışmağımız üçün cəhd etdi. Qeyd edim ki, barışmağımız bir çoxlarına xoş olmadı. Şou-biznes nümayəndələrinin 20 faizi bunu mənfi qəbul etdi. Çünki onlar qalmaqalın davam etməsini gözləyirdilər. Görünür, onların planlarını alt-üst etdim”.
S.Kərəmoğlu Mətanət Əsədova ilə barışığının nə qədər davam edəcəyinə də münasibət bildirib:
“Həyat qəribədir. Bir anın içində hər şey baş verə bilər. Zaman göstərəcək”.
Qeyd edək ki, qalmaqal Mətanət Əsədovanın yayılmış məlum videosuna Sərxan Kərəmoğlunun kəskin reaksiya bildirməsindən, müğənnini Azərbaycan qadını adına ləkə adlandırmasından sonra başlamışdı.
Yeganə RZAXANOVA