-
- 25-08-2018, 15:55
- 3 718
Sərxan Kərəmoğlu Liderdən qovuldu, verillişi bağlandı - ÖZƏL
Aparıcı Sərxan Kərəmoğlu ilə müğənni Mətanət Əsədova arasında Lider telekanalında əsası qoyulmuş qalmaqal nəticəsiz ötüşmədi.
News24.az-ın əldə etdiyi məlumata görə, Lider TV də cəmi bir neçə gün yayıma çıxmış "Xoş gəldin " proqramı bağlanıb və Sərxan Kərəmoğlu kanalın qapısından içəri buraxılmayıb.
Aldığımız məlumata əsasən, şirkətin prezidenti canlı efirdə nümayiş olunan biabırçı olaya görə, verilişi bağlamaq qərarı alıb. Sərxan Kərəmoğlunun halı şirkətin mühafizəçiləri tərəfindən içəri buraxılmadığı üçün pisləşib.
Məsələylə bağlı verilişin digər aparıcısı rəqqasə Fatimə Fətəliyeva ilə əlaqə saxladıq. Əməkdaşımıza danışan rəqqasə məsələnin necə sonuclanacağından məlumatsız olduğunu bildirdi: "Düzünü desəm, nə baş verir, bilmirəm, biz proqrama çıxmalıydıq, çıxmadıq. Bazar ertəsi bu məsələyə aydınlıq gətiriləcək".
Türkan