-
- 24-08-2018, 12:45
- 869
İnvestorlar türk lirəsinin ucuzlaşmasından faydalana bilərlər - ANALİTİKA
Azərbaycanlı investorlar Türkiyənin milli valyutası – lirənin ucuzlaşmasından faydalana bilərlər.
“Report”un analitik qrupu hesab edir ki, qonşu ölkədəki məzənnə böhranı investiya imkanları yaradır.
Bu baxımdan Türkiyə şirkətlərinə məxsus, ucuzlaşmış səhmlərə və istiqrazlara, bu ölkənin daşınmaz əmlak bazarına pul qoymaq olar.
Səhm bazarı
Türkiyənin səhm bazarında qiymətlər azalsa da, bunu türk şirkətlərinin müştəri bazasının zəifləməsi, satış potensialının azalması kimi qiymətləndirmək olmaz. İqtisadi böhran aradan qalxdıqdan, lirənin məzənnəsi sabitləşdikdən sonra səhm bazarında qiymətlər artmağa başlayacaq.
Məsələn, “Aselsan”, AKSA, BİM kimi şirkətlərinin səhmlərinin “Oyak yatırım”, “Şəkər Yatırım” kimi investisiya şirkətləri tərəfindən daha yüksək qiymətə alışı hədəflənib. Eyni zamanda ABŞ-ın investisiya fondları hədəf qiymətlərini yüksəldirlər.
Türkiyə səhm bazarını izləyən “iShares MSCİ Turkey ETF” indeksi ötən həftə nəzərəçarpacaq dərəcədə yüksəlib. Bu isə avqustun 14-də Türkiyənin səhm bazarına qoyulmuş 90,4 mln. ABŞ dolları məbləğində invesitiya axınının nəticəsidir. Bu, 2013-cü ildən bəri ən yüksək gündəlik investisiya axını və səhm bazarındakı vəziyyət barədə nikbin düşünməyə əsas verir.
Bununla belə, səhmlərə pul qoymazdan əvvəl iqtisadiyyatın sektorları arasında düzgün seçim etmək lazımdır. Məsələ ondadır ki, lirənin dəyərdən düşməsi xüsusilə maliyyə sektorunun borc yükünu artırıb. Buna görə də, investisiya üçün alternativ sektorların dəyərləndirilməsi daha məqsədəuyğundur. Bu baxımdan diqqəti ən çox cəlb edən turizm sektorudur. Lirənin ucuzlaşması fonunda ölkəyə gələn turistlərin sayının artacağı gözlənilir. Eləcə də, fəaliyyəti əsasən ixraca yönəlmiş şirkətlər inkiki iqtisadi vəziyyətdən faydalanacaqlar. Bu sektorlarda fəaliyyət göstərən şirkətlərə birbaşa və yaxud dolayı yolla investisiya gələcəkdə yüksək gəlir vəd edir.
İstiqraz bazarı
Türkiyə istiqraz bazarında da kəskin ucuzlaşma baş verib. Amma borc alətlərinə pul qoymaq səhmlərlə müqayisədə daha risklidir. Məsələn, Böyük Britaniyanın “Barclays” bankı Türkiyə istiqraz bazarında 19 mln. dollar itkiyə məruz qalıb. Bu isə qonşu ölkənin özəl şirkətlərinin xarici borcunun ümumi daxili məhsulun (ÜDM) 10%-nə çatması ilə bağlıdır.
Son 1 ildə “Türk Telecom” şirkətinin avrobondları təxminən 8%, “Arçelik” şirkətinin avrobondları isə təxminən 9% dəyərdən düşüb. Hazırda banklara məxsus, ABŞ dolları ilə buraxılmış istiqrazların illik gəlirliliyi 9-13% arasında, dövlətə məxsus, türk lirəsi ilə buraxılmış istiqrazların illik gəlirliliyi isə 24-26% təşkil edir. Hələlik Türkiyədəki siyasi xəttin iqtisadiyyata necə təsir edəcəyini proqnozlaşdırmaq qəti şəkildə mümkün olmadığından və xarici borclar yüksək defolt riski yaratdığından istiqraz bazarına girməmişdən əvvəl xüsusilə diqqətli olmaq lazımdır.
Daşınmaz əmlak bazarı
Türkiyənin daşınmaz əmlak bazarı da investorlar üçün yaxşı perspektiv vəd edir. Səhm bazarında olduğu kimi, bu bazarda da gec-tez qiymətlər artmağa başlayacaq və indi ABŞ dolları ilə ifadədə əvvəlki vaxtlarla müqayisədə xeyli ucuz olan evlərə pul qoyanlar uduzmayacaq.