Ölkəni şoka salan sui-qəsdçinin şübhəli bioqrafiyası üzə çıxır
    • 5-07-2018, 14:44
    • 2 700

Ölkəni şoka salan sui-qəsdçinin şübhəli bioqrafiyası üzə çıxır

İyulun 3-ü axşam Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevi və cangüdənini güllələmiş Yunis Səfərovun bölgədə vəhhabiliyin təbliğatçılarından biri olması haqda tanınmış politoloq Cümşüd Nuriyev fikirlər səsləndirib.

Tanınmış təhlükəsizlik eksperti İlham İsmayıl onun fikirlərini təkzib edib.

“Vəhabiliklə bağlı deyilənlər tamamilə səhvdir. İlkin alınan məlumatlar göstərir ki, Yunis Səfərov uzun illərdir dini qurumlarla sıx əlaqədədir, daha doğrusu, radikal qurumlarla. Moskvada yaşayan bu şəxs oradakı məscidlərdə daha çox şiəliyi təbliğ etməklə məşğul olub. Onun əsas fəaliyyət dairəsinə gəncləri cəlbetmə yolu ilə radikal qurumlara xidmət etmək olub. Əvvəllər də məlum idi ki, Rusiyada, konkret olaraq Moskvada şiəlik istiqamətində əsas təbliğat mövqeyi talışlara və gəncəlilərə məxsusdur. Azərbaycanlıların məscidinin axundu da, səhv etmirəmsə, gəncəlidir, axund Nizami. 

Yunis ali təhsilli hüquqşünasdır, lakin öz ixtisası üzrə işləməyib. Dini qurumlarla birgə fəaliyyət göstərirdi. Alınan məlumata görə 4-5 il əvvəl ailəsi ilə birlikdə İrana oxumağa gedib, daha doğrusu, göndərilib. Orda həqiqi dini təhsil alıb-almadığı dəqiq məlum olmasa da, 2-3 ildən sonra Moskvaya qayıdıb.

İranda birmənalı olaraq dini təhsil verilmədiyi barədə biz dəfələrlə bildirmişik. Onun indi törətdiyi cinayətin əsil motivlərini yəqin ki, istintaq üzə çıxaracaq. Radikal vəhabi, ya radikal şiə heç nəyi nə ağırlaşdırmır, nə də yüngülləşdirmir. Cinayət törədilib. Motiv nə olsa da, cəzasını çəkəcək”.

// Moderator.az