Kim Kardaşyan gülüş obyektinə çevrildi
    • 24-08-2018, 13:52
    • 2 312

Kim Kardaşyan gülüş obyektinə çevrildi

Modanı davamlı olaraq çox izləyən şou ulduzu Kİm Kardaşyan kartof qızartması şəklindəki əl çantası ilə gülüş obyektinə çevrilib. 

News24.az xəbər verir ki, onun öz səhifəsində paylaşdığı şəkil sosial şəbəkələrdə izləyiçilər tərəfindən kəskin tənqidlə qarşılanıb. Los-Anceles şəhərində nüfuzlu bir tədbirə qısa çəhrayı geyim və kartof qızartmasına bənzəyən əl çantası ilə qatılan şou ulduzun paltarının altından uzun ətəkli korsetinin görünməsi də müzakirə mövzusuna çevrilib. Kim çantasını 6 min dollara aldığını yazmaqla izləyiciləri daha da qıcıqlandırıb. Onlar 6 dollara alınmış kartof qızartmasının daha maraqlı göründüyünü qeyd ediblər.