Yeni Baş Nazir kadr islahatlarına başladı - YENİLƏNDİ
    • 23-10-2019, 11:01
    • 1 828

Yeni Baş Nazir kadr islahatlarına başladı - YENİLƏNDİ

Yeni Baş Nazir Əli Əsədovun Nazirlər Kabinetində kadr islahatları davam edir.

Ə.Əsədovun sərəncamları ilə Ələsgər Ələsgərov Baş Nazirin köməkçisi, Hikmət Xəlilov Nazirlər Kabinetinin İşlər müdiri təyin edilib.
Məlumata görə, kadr islahatları Nazirlər Kabinetinin digər şöbələrini də əhatə edəcək.

***
09.24

Yeni təyin olunan Baş Nazir Əli Əsədov Nazirlər Kabinetində kadr islahatlarına başlayıb.

News24.az xəbər verir ki, Ə.Əsədovun müvafiq əmri ilə Nazirlər Kabinetinin İşlər müdiri Adil Əhmədov, Baş Nazirin köməkçiləri Tofiq Sarıcalinski və Natiq Əzizov vəzifəsindən azad ediliblər.

Həmin vəzifələrə hələlik yeni təyinat olmayıb.

Xatırladaq ki, Prezident İlham Əliyevin oktyabrın 8-də imzaladığı sərəncamla Əli Əsədov Baş Nazir təyin edilib. /report.az/