Bu ərazilərdə qaz olmayacaq- SAKİNLƏRİN NƏZƏRİNƏ
    • 23-10-2019, 09:39
    • 761

Bu ərazilərdə qaz olmayacaq- SAKİNLƏRİN NƏZƏRİNƏ

Oktyabrın 23-də 2019-cu ilin tədbirlər planına əsəsən Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti ilə Şərbablar küçəsinin kəsişməsində yeni çəkilmiş diametri 108 və 89 mm olan orta təzyiqli qaz xətləri mənbəyə birləşdiriləcək.

Azəriqaz İB-dən News24.az-a verilən məlumata görə, bununla bağlı olaraq səhər saat 09:00-dan etibarən Şəki şəhərində bir qrup abonentin qaz təchizatında fasilələr olacaq. Şamaxı rayonununda isə Çuxuryurd kəndini qazla təmin edən orta təzyiqli qaz xəttində təmir işləri planlaşdırılır.

Bu zaman saat 10:00-dan işlər başa çatanadək rayonunun bir neçə kəndində qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.