Bu rayonlarda qaz olmayacaq- SAKİNLƏRİNİN NƏZƏRİNƏ
    • 4-10-2019, 09:46
    • 828

Bu rayonlarda qaz olmayacaq- SAKİNLƏRİNİN NƏZƏRİNƏ

Oktyabrın 4-də səhər saat 10:00-dan etibarən Abşeron rayonu Masazır qəsəbəsini təbii qazla təmin edən orta təzyiqli qaz kəməri üzərində quraşdırma işləri aparılacaq.

Azəriqaz İB-dən News24.az-a verilən məlumata görə, bu zaman qəsəbənin qaz təchizatında fasilələr yaranacaq. Saat 10:00-dan etibarən SOCAR-ın “Qaz İxrac” İdarəsi yüksək təzyiqli qaz xəttini mənbəyə birləşdirərkən isə Zərdab rayonunun mərkəzi və bir neçə yaşayış mənqəsinin qaz təchizatı dayandırılacaq.

Bundan başqa saat 10:00-dan 16:00-dək Lənkəran rayonunun bir neçə yaşayış məntəqəsində “Ordahal-Yardımlı” magistral qaz xəttinin 8-ci km-liyində qaz kəmərinin təhlükəsiz əraziyə köçürülməsi ilə bağlı qaz təminatında fasilələr olacaq.