Bu ərazidə qaz olmayacaq- SAKİNLƏRİNİN NƏZƏRİNƏ
    • 1-10-2019, 10:14
    • 683

Bu ərazidə qaz olmayacaq- SAKİNLƏRİNİN NƏZƏRİNƏ

Oktyabrın 1-də səhər saat 10:00-dan 2 rayonda qaz təchizatı dayandırılacaq.

Belə ki, Qaradağ rayonunun Ələt qəsəbəsini təbii qazla təmin edən orta təzyiqli qaz kəmərində sazlama işləri ilə bağlı qəsəbədə bir qrup abonentin qaz təchizatında fasilələr olacaq.

Azəriqaz İB-dən News24.az-a verilən məlumata görə, Pirallahı rayonu “Yeni qəsəbə” ərazisini təbii qazla təmin edən orta təzyiqli qaz xəttində və Kamil Rzayev küçəsinə gedən yeraltı qaz xəttində aparılacaq təmir-bərpa işləri ilə əlaqədar isə rayon ərazisində bir qrup abonentin qaz təchizatı dayandırılacaq.