-
- 23-10-2019, 10:53
- 717
XİN başçısı: "Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı regional təhlükəsizliyə təhdiddir"
"Qoşulmama Hərəkatı praktiki əməkdaşlıq üçün ikinci ən böyük siyasi platformadır".
News24.azxəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Qoşulmama Hərəkatı ölkələrinin xarici işlər nazirlərinin Bakıda keçirilən iclasının açılış mərasimində deyib.
Sədrliyi dövründə təşkilatın inkişafına verdiyi töhfəyə görə Venesuela hökumətinə təşəkkür edən və eyni zamanda, bundan sonra təşkilata Azərbaycanın sədrlik edəcəyini xatırladan nazir bildirib ki, Azərbaycan bu ana qədər təşkilata qoşulmuş son ölkədir: "8 il ərzində Azərbaycan təşkilat ölkələrinin etimadını qazanıb və indi ona sədrlik edəcək. Azərbaycan müstəqil siyasət yürüdür və hərbi təşkilatlara daxil olmayıb, demokratiya və insan hüquqlarını müdafiə edir".
O, həmçinin qeyd edib ki, təşkilatın fəaliyyəti çərçivəsində gənclər siyasəti də vacibdir: "Sammitimizin gündəliyində gənclər siyasəti məsələləri yer alır. Bu sammitlə paralel olaraq Qoşulmama Hərəkatının Gənclər Sammitinin keçirilməsi faktı da vacib məqamdır".
Elmar Məmmədyarov Qoşulmama Hərəkatı ölkələrinin xarici işlər nazirlərinin Bakıda keçirilən iclasının açılışında deyib.
XİN başçısı Ermənistan qoşunlarının təcavüzü və Azərbaycanın işğal olunmuş ərazilərindəki etnik təmizləmə nəticəsində çox sayda insanın zərər çəkdiyini, o cümlədən münaqişə nəticəsində 1 milyondan çox insanın qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü xatırladıb: "Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı regional təhlükəsizliyə təhdiddir". /report.az/