Elmar Məmmədyarov Peruda ikitərəfli görüşlər keçirib - FOTO
    • 5-07-2019, 11:27
    • 947

Elmar Məmmədyarov Peruda ikitərəfli görüşlər keçirib - FOTO

Xarici İşlər naziri Elmar Məmmədyarov Peruya işgüzar səfəri çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib. 

News24.az-ın xəbərinə görə, xarici işlər naziri Elmar Məmmədyarov Peru Respublikasına işgüzar səfəri çərçivəsində 3 iyul tarixində Perunun Xarici İşlər naziri Nestor Popolizio Bardales ilə görüşüb.

Görüş zamanı tərəflər Azərbaycan-Peru münasibətlərinin inkişafı, regional məsələlər və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər .

Nazir Elmar Məmmədyarov Azərbaycanın Sakit okean Alyansına (SOA) müşahidəçi üzv qəbul edilməsinə verdiyi dəstəyə görə həmkarına təşəkkürünü bildirdi. O, ölkəmizin Alyans ilə əməkdaşlıqda maraqlı olduğunu və təşkilat çərçivəsində yaradılmış imkanlardan yararlanaraq SOA-nın Asiya ölkələri ilə ticarət əməkdaşlığında fəal iştirak imkanlarının olduğunu diqqətə çatdırıb.

Görüş zamanı, həmçinin Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik müddətində SOA çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib.