-
- 24-10-2019, 16:33
- 965
Qubada qadınların işgüzar inkişafı təlimlərinə start verilib
Qubada “ASAN Həyat” Kompleksində “ASAN Könüllüləri” Təşkilatı və “Coca-Cola” Fondunun birgə təşkilatçılığı ilə həyata keçirilən “ASAN İnkişaf Modeli- Qadınlar üçün AIM – W” (ASAN Improvement Model for Women) çərçivəsində təşkil olunan işgüzar inkişaf təlimlərinə start verilib.
News24.az xəbər verir ki, qadınların işgüzar inkişaf platforması olan “AIM – W” layihəsinin məqsədi Azərbaycanda qadınların məşğulluq potensialının gücləndirilməsinə, o cümlədən regionlarda yaşayan qadın və qızların məşğulluğunun təmin edilməsinə və onların sahibkarlıq bacarıqlarının yüksəldilməsinə dəstək göstərməkdir.
Azərbaycanda turizm sahəsində mövcud olan geniş imkanları nəzərə alaraq, “AIM-W” 2019-2020-ci illər üzrə fəaliyyətini “Turizmdə qadınlar” mövzusu üzrə icra edəcək. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Könüllülərlə iş sektorunun müdiri Sahil Məmmədli Qubada təşkil edilən təlimə marağın böyük olduğunu deyib: “Quba Azərbaycanın turizm potensialı yüksək olan rayonlarından biridir. Qadınların burada turizm sahəsində iş imkanları genişdir. Ümid edirəm ki, təlimlər qadınlar üçün faydalı olacaq. Tezliklə onlarla sahibkar kimi görüşəcəyimizə inanıram”.
Quba regional “ASAN xidmət” mərkəzinin direktoru Elman İsayev çıxışında layihənin əhəmiyyəti və Qubada qadınların inkişafına mühüm töhfə verəcəyini vurğulayıb. Layihədə təlimçi qismində yerli mütəxəssislərlə yanaşı, beynəlxalq təlimçilər İşıl Keskin Şahan və Soner Şahan da iştirak edir.
Layihəyə dəvət olunan beynəlxalq təlimçi İşıl Keskin Şahan layihə barədə təəssüratlarını bölüşüb: “Quba qadınları da Mingəçevir qadınları kimi aktivliyi ilə bizi sevindirdilər. Qadınların biznes ideyaları ilə tanış olmaq imkanımız oldu. İdeyaların hər biri dəyərlidir və uğur qazanacağına əminik. Qadınların ehtiyacı olan sahibkarlıq barədə maariflənmə və mentor dəstəyi ilə düzgün istiqamətlənmədir. Biz də bunu təmin etməyə çalışırıq. İştirak edən hər bir kəsə aktivliyinə görə minnətdaram”.
Layihə çərçivəsində bundan əvvəl Mingəçevir təlimləri baş tutub. Layihə Quba ilə yanaşı, Gəncə, Qəbələ, Sumqayıt və Şəki iqtisadi zonlarını da əhatə edəcək.
2017-ci ildən etibarən ASAN könüllüləri və “Coca-Cola” Fondu tərəfdaşları ilə birlikdə Gəncə, Masallı və Qəbələdəyaşayan qadınların sahibkarlıq bacarıqlarının artırılması üçün “Uğurlu qadın uğurlu gələcək layihəsi” icra edib. Layihə çərçivəsində bu ərazilərdə yaşayan 312 nəfər qadın və qız turizm sahibkarlığı mövzsunda təlimlərə qoşulub.