Tanınmış şair vəfat edib
    • 6-05-2019, 12:14
    • 1 182

Tanınmış şair vəfat edib

Bir çox şeirləri, məqalələri  ilə yadda qalan filologiya elmləri doktoru, ədəbiyyat sahəsində özünəməxsus imzası olan tanınmış şair Dəmir Gədəbəyli vəfat edib. 

News24.az xəbər verir ki, bu haqda mərhumun ailəsi sosial mediada məlumat verib.
Qeyd edək ki, Dəmir Gədəbəyli 1939-cu il Gədəbəyin Ataxal kəndində anadan olub. 1961-ci ildə ADU-nun filologiya fakültəsini bitirib. 1975-ci ildə namizədlik, 1989-cu ildə isə doktorluq dissertasiyasını müdafiə edib. 1961-1991-ci illərdə AzTV-də müxbir, redaktor və məsul katib kimi çalışıb. 
1991-1994-cü illərdə "20 yanvar" qəzetinin baş redaktoru olub. Elza İbrahimovanın bəzi mahnılarının söz müəllifidir.