Rəsmi Kreml:
    • 25-10-2019, 16:14
    • 724

Rəsmi Kreml: "Türkiyə ilə türrorçuların arasına girməyəcəyik"

Kreml sözçüsü Dmitri Peskov, Türkiyə və Rusiya arasında imzalanan tarixi Soçi razılaşmasından sonra bölgədəki inkişafları qiymətləndirib.

News24.az "
Hürriyet"ə istinadən xəbər verir ki, D.Peskov, terror təşkilatı YPG-nin qeyd olunan tarixdə "Təhlükəsiz bölgə"dən çəkilməyəcəyi təqdirdə Türk ordusu ilə təkbətək qalacağını söyləyib. O, Rusiya və ya Suriya qüvvələrinin mümkün qarşıdurmaya müdaxilə etməyəcəyini də vurğulayıb.

Moskva tərəfi dünən etdiyi açıqlamada, terrorçuların Təhlükəsiz bölgə"ni tərk etmədikləri təqdirdə, Türkiyə hərbçiləri tərəfindən darmadağın ediləcəyini bildirib.