Erməni rejissor azərbaycanlı aktyora baş rol təklif etdi - FOTO
    • 24-08-2018, 18:27
    • 3 987

Erməni rejissor azərbaycanlı aktyora baş rol təklif etdi - FOTO

Gənc aktyor Yasin Həzirəyə Rusiyadan baş rol təklifi gəlib. 

Bu barədə aktyorun özü məlumat verib. Cavad obrazını canlandırmalı olan Y.Həzirə sözügedən təklifdən imtina edib. O, bunun səbəbini belə açıqlayıb:

"Çəkildiyim filmlərdən birində rusiyalı bir xanımla tanış oldum. Dünən gecə aktyor dostlarımızla məkanlardan birində əyləşmişdik və mənə yazaraq Bakıda yoxsa Moskvada olduğumu soruşdu. Bakıda olduğumu öyrəndikdən sonra Rusiyada 4 serilayı bir filmin çəkdiyini və rejissorun baş rolda məni gördüyünü bildirdi. Həmçinin böyük layihə olduğunu, ödəniləcək qonorarın da yetəri qədər böyük olduğunu dedi.

Söhbətimizin davamında isə rejissorun erməni olduğunu və bunun mənim üçün problem olub, olmadığını soruşdu. Əlavə etdi ki, bu sənətdir və normal haldır.

Cavabında isə bunun nəinki problem erməni rejissorun tabeçiliyində işləməyim müzakirə belə oluna bilməz. Bilirsiniz ki, rejissor çəkiliş meydanının Allahı sayılır. Canlandırdığın roldan asılı olmayaraq ona bağlısan və dedikləri etmək məcburiyyətindəsən.

Bilmirəm başqa həmkarlarım hansı addımı atardı? Bəlkə də çəkilərdilər və mediaya bu barədə bildirməzdilər. Bu barədə heçnə deyə bilmərəm. Bildiyim tək şey odur ki, Rusiyada adi serialın 1 gününə 800 AZN qonorar ödənilir. Söhbət baş roldan getmir.

Mən aktyorluğa model sahəsindən gəldiyim üçün elə də böyük uğura imza ata bilməmişəm. Bu isə mənim üçün böyük reklam ola bilərdi. Şan-şöhrəti düşünmədən bundan imtina etdim. Çünki özüm də Qarabağlıyam. Buna vicdanım yola verməzdi". 

Teymur Məmmədov