Azərbaycanlı rejissorun qəfil ölümünün TƏFƏRRÜATI
    • 2-04-2019, 22:27
    • 1 400

Azərbaycanlı rejissorun qəfil ölümünün TƏFƏRRÜATI

Bu gün Sumqayıtda avtobus dayanacağında qəfil vəfat edən tanınmış rejissor və ssenarist Rövşən Almuradlının Qubaya getmək üçün yola çıxdığı məlum olub.

Rejissorun yaxınları Nevs24.az-a bildiriblər ki, Rövşən Almuradlı Qubada onun çəkdiyi "Əsgərlər unudulan deyil" filminin nümayişində iştirak etmək üçün səhər evdən çıxıb. O, avtovağzala gedən dayanacaqda olarkən qəfil halı pisləşib və ürəyi dayanıb.

O da məlum olub ki, Qubadakı tədbirin əsas qonağı Rövşən Almuradlı özünü ora çatdıra bilməsə də, filmin təqdimatı təxirə salınmayıb. Rejissorun məhz Qubaya gələrkən qəfil dünyasını dəyişdiyini eşidən tədbir iştirakçıları göz yaşlarını saxlaya bilməyib.

Allah rəhmət eləsin!

Taleh BAĞIROV