Həbsdə olan oğluna heroin aparan ata saxlanıldı
    • 25-10-2019, 20:21
    • 782

Həbsdə olan oğluna heroin aparan ata saxlanıldı

Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdlərinin qarşısı alınıb.
Xidmətdən News24.az -a verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən təqsirli bilinərək həbs edilmiş Ağayev Ceyhun Əzizxan oğlu ilə qısamüddətli görüşə getmiş atası, Şirvan şəhər sakini Ağayev Əzizxan Səlimxan oğlu tərəfindən aparılmış sovqata baxış keçirilən zaman orada olan köynəyində gizlədilmiş 0.717 qram narkotik maddə - heroin aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.