Həbsxanaya şirniyyatın içində narkotik KEÇİRMƏK İSTƏDİ
    • 8-02-2020, 11:40
    • 1 272

Həbsxanaya şirniyyatın içində narkotik KEÇİRMƏK İSTƏDİ

Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına narkotik maddənin keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətdən News24.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 180.2.1; 180.2.2 və 56.1.3-cü maddələrinə əsasən 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş və hal-hazırda Bakı İstintaq təcridxanasında saxlanılan məhkum Quliyev Ruslan Eldar oğluna qohumu, Bakı şəhər sakini Nəsibov Gündüz İman oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan şirniyyatın içərisində xüsusi üsulla gizlədilmiş bükülülərdə 0,781 qram narkotik maddə - həşiş qətranı, 0,854 qram narkotik maddə - tiryək və 1,614 qram narkotik maddə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.