"Arxadan danışmaqlar, qarğışlar..." - Zümrüd Qasımova - VİDEO
    • 26-10-2019, 13:20
    • 1 403

"Arxadan danışmaqlar, qarğışlar..." - Zümrüd Qasımova - VİDEO

Tanınmış aktrisa-aparıcı Zümrüd Qasımova News24.az saytının suallarını cavablayıb. Aktrisa ilk olaraq tələbələrindən danışıb:

"Mən çox istəyirəm ki, bizim tələbələrimiz təkçə gözəl aktyor, müğənni olmasınlar. Əsas odur ki onlar layiqli şəxsiyyət kimi formalaşsınlar. Bütün gördüyümüz işlər məhz buna yönəlib. İnanıram ki, uşaqların gələcəyi çox parlaq olacaq".

Aktrisa vaxtılə əziyyət çəkdiyi xəstəlik barəsində "Maşın" şouda söylədiyi duyğulu açıqlamasından söhbət açıb:

"Bu artıq mənim yaşadığım tarixçədir və daim mənimlə qalacaq. İstəsəm də, istəməsəm də hər zaman, har kəs bu haqda sual verəcək, danışacaq. Bu, həmin xəstəlikdən əziyyət çəkənlər üçün stimuldur. Çünki mən də xəstə olanda, bu cür insanların axtarışına çıxmışdım, onlardan stimul, ruh almaq istəyirdim. Şou kimi düşünənlər, elə şou kimi düşünsünlər. Amma yanımda olanlara isə təşəkkürümü bildirirəm".

"Maşın"da sakitliyi ilə seçilən aktrisa oyunundan danışıb:

"Sakit, amma "Boz Kardinal" idim. Baxmayaraq ki, şouda ilk dəfəydi iştirak edirdim, amma altılığa qədər gedib, çıxdım. Düşünürəm ki, fərqlənə bildim".

Zümrüd Qasımova oyunda dostlaşdığı Suna Kasımoğlu haqda fikirlərini söyləyib:

"Suna mənim canımdır. Öncədən onu efirdən izləyirdim amma yaxından tanış deyildim. Şou bizi birləşdirdi. Biz ekstim, stress vəziyyətində dostlaşdıq. Və bundan sonra istənilən vəziyyətdən birgə çıxa bilərik. Amma onu deyim ki, şou mənə mükəmməl dost qazandırdığı qədər, əksinə kimin-kim olduğunu daha aydın görməyimə də kömək oldu. Şouda üç nəfərlə münasibətimi pozdum. Buna səbəb arxadan danışmalarıdır, qarğış etmələri, məni incitmələridir. İncitməyə layiq xanım deyiləm".

Sevda Bayramova
Video: Fərid Şabanov