-
- 27-10-2019, 12:40
- 1 677
Azərbaycanda ikinci Orqan musiqisi festivalı keçiriləcək Ramil Qasımov İLK DƏFƏ
28 oktyabr - 5 dekabr tarixlərində Azərbaycanda ikinci dəfə Azərbaycan Televiziyası Mədəniyyət Kanalı, Azərbaycan Radiosu, Mədəniyyət Nazirliyi və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi olan “Azərbaycan Orqan Musiqisi Festivalı” baş tutacaq.
News24.az xəbər verir ki, festival Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında keçiriləcək.
Sözügedən layihədə noyabrın 8-də Əməkdar artist Ramil Qasımovun çıxışı baş tutacaq. Onu Riad Quliyev, Səbinə Bəybəylərova müşayiət edəcək.
Festival boyu musiqisevərləri maraqlı orqan musiqisi proqramı gözləyir. Belə ki, konsertlərdə Avropa və Azərbaycan bəstəkarlarının əsərləri səslənəcək.
Qeyd edək ki, festivalın informasiya dəstəyi News24.az saytıdır.