-
- 12-10-2019, 12:03
- 1 430
Ramil Qasımovun solo-konserti ANŞLAQLA baş tutdu
"II Azərbaycan Xalq Mahnıları" festivalı anşlaqla keçən konsertlə növbəti gününə yekun vurdu.
News24.az bildirir ki, "II Azərbaycan Xalq Mahnıları" festivalı çərçivəsində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan Televiziyası Mədəniyyət Kanalının direktoru, festivalın bədii rəhbəri, əməkdar artist Ramil Qasımovun Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti, Orxan Həşimovun dirijorluğu ilə keçən konserti baş tutdu.
Konsertdə incə zövqlə seçilmiş Azərbaycan xalq mahnıları yeni oranjemanda,tamaşaçılar tərəfindən böyük şövq və istiqanlıqla qarşılandı.
Tədbiri Azərbaycan Bəstəkarlar İttifaqının katibi, əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova açıq elan edərək festivalın keçirilmə təşəbbüsünü yüksək qiymətləndirdi. O, həmçinin Azərbaycan xalq mahnılarının qədim dövrdən bu günə qədər qorunaraq, dahi bəstəkar Üzeyir Hacıbəyli yaradıcılığından başlayaraq bütün bəstəkarlarımızın dönə-dönə müraciət etdiyi xəzinə olduğunu qeyd etdi. Daha sonra tamaşaçılara həmin gecə boyunca çox gözəl hisslər aşılamağı bacaran əməkdar artist Ramil Qasımov dövlət qayğısının, diqqətinin nəticəsi olaraq bu cür tədbirlərin keçirilməsinin çox mühüm əhəmiyyətindən danışdı. Ramil Qasımovun məlahətli səsi ilə Azərbaycan xalq mahnıları həm yerli, həm də xarici musiqisevərlərə uzun müddət zövq bəxş etdi.
Konsertin dinamik repertuarında daha bir maraqlı məqam da var idi ki, bu da əməkdar artist Ramil Qasımovun dirijor pultu arxasında çıxışı oldu. O, Niyazinin "Rast" simfonik muğamından bir fraqmenti öz təfsirində tamaşaçılara təqdim edərək gurultulu alqışlarla qiymətləndirildi. Bugünki konsert öz anşlaqla keçən alqışları, "bravo" ları ilə yaddaşlara həkk olundu.