Azərbaycanda ata gənc oğlunu bıçaqladı
    • 25-08-2018, 10:36
    • 1 194

Azərbaycanda ata gənc oğlunu bıçaqladı

Şirvanda Sabirabad sakini bıçaqlanıb.

Gecə saatlarında Şirvan şəhərində bıçaqlanma hadisəsi baş verib. Əmisinin evinə qonaq gələn Sabirabad rayonunun Azadakənd sakini, 1999-cu il təvəllüdlü Abasov Əli Nizami oğlunu atası bıçaqlayıb. Ə.Abasov daxilə nüfuz edən qarının ön divarının kəsilmiş-deşilmiş yarası, həmçinin qara ciyərin zədələnməsi diaqnozu ilə ilə Şirvan şəhər xəstəxanasında əməliyyat olunub. Hazırda reanimasiya şöbəsinə yerləşdirilən 19 yaşlı gəncin vəziyyəti orta-ağır kimi qiymətləndirlir.

Hadisə yerindən qaçan atanın tutulması istiqamətində əməliyyat tədbirləri həyata keçirilir.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

//Report