Bıçaqlayıb, sonra da pulunu almaq istədilər
    • 9-10-2019, 00:49
    • 838

Bıçaqlayıb, sonra da pulunu almaq istədilər

Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib.  


News24.az xəbər verir ki, naməlum şəxslər Səməd Vurğun bağının yaxınlığında naməlum şəxs və ya şəxslər 1992-ci il təvəllüdlü Qəhrəmanov Xəyal İlham oğlunu bıçaqlayıblar.  


Daha sonra onun pulunu və telefonunu almaq istəyiblər. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirilib.  


Ona qarının sağ yarısının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Vəziyyəti orta-ağır qiymətləndirilir.  


Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.