Quldurluq edən keçmiş məhkum TUTULDU
    • 28-10-2019, 15:02
    • 812

Quldurluq edən keçmiş məhkum TUTULDU

Quldurluqda şübhəli bilinən Xırdalan şəhər sakini tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 17-də saat 5 radələrində Xırdalan şəhəri ərazisindəki köşklərdən birinin qarşısında orada işləyən M.Qasımlını tapançaya oxşar əşya ilə hədələyərək 70 manatını quldurluq yolu ilə almaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Z.Əliyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.