Yasamalda kişini ürəyindən bıçaqladılar
    • 28-10-2019, 23:18
    • 804

Yasamalda kişini ürəyindən bıçaqladılar

Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.  


News24.az xəbər verir ki, insident Ə.Əhmədov küçəsi 31A ünvanında qeydə alınıb.  


Belə ki, “Günəş pretrol” yanacaq doldurma məntəqəsinin yaxınlığında 1973-cü il təvəllüdlü Qasımov İsa İsmayıl oğlu naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanaraq ağır xəsarət alıb.  


Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Vəziyyəti orta-ağır olan İ.Qasımova döş qəfəsinin sol yarısının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.  


Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.