"ВАЗ" su kanalına AŞDI
    • 29-10-2019, 09:23
    • 693

"ВАЗ" su kanalına AŞDI

Füzuli rayonunda maşın su kanalına aşıb.

News24.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Füzuli rayonunun Bala Bəhmənli kəndində "ВАЗ" markalı minik avtomobili yol kənarındakı su kanalına aşıb. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.